Tarix: 27-02-2023 | Saat: 10:40
Bölmə:Karusel | çapa göndər
Bu gün İsveçrənin Cenevrə şəhərində BMT İnsan Hüquqları Şurasının illik sessiyası keçiriləcək.
Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir ki, sessiya çərçivəsində Rusiyanın işğalı başlayandan bəri Ukrayna ərazisində törədilmiş hərbi cinayətlərin araşdırılması ilə bağlı müzakirələr planlaşdırılır.
Bildirilib ki, BMT Baş Assambleyasının Rusiyadan qoşunların dərhal qonşu ölkədən çıxarmasını tələb edən qətnamənin səs çoxluğu ilə qəbul edilməsindən bir neçə gün sonra keçirilən sessiyada ümumilikdə Ukraynadakı müharibə mövzusunun prioritet təşkil edəcəyi gözlənilir.
Açılışda BMT-nin baş katibi Antonio Quterreşin çıxışı və ABŞ, Çin, Ukrayna və İrandan olan nümayəndələr də daxil olmaqla ümumilikdə 150-yə yaxın ölkənin rəsmi şəxslərinin iştirak etməsi nəzərdə tutulub. Rusiyanı sessiyada xarici işlər nazirinin müavini Sergey Ryabkovun təmsil edəcəyi bildirilib. Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yevgeniya Filipenko isə Rusiyanın tədbirə qatılmasına etiraz edib.
"Hesab edirik ki, Rusiya bu zalda oturmağa layiq deyil. Biz də buna uyğun hərəkət edəcəyik", - deyə o bildirib.
Ötən il keçirilmiş sessiyada XİN başçısı Sergey Lavrovun çıxışı zamanı bir çox diplomat zalı tərk etmişdi.
Qeyd edək ki, BMT ötən həftə Rusiyanı Ukraynadan qoşunlarını çıxarmağa və müharibəni dayandırmağa çağıran qətnamə qəbul edib.
Digər xəbərlər