Saytımızı qiymətləndirin


 
 

"Qaçqınkom": Məcburi köçkünlərin vahid aylıq müavinətindən “YAŞAT” Fondu üçün vəsait tutulmayıb
Tarix: 26-02-2021 | Saat: 11:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

"Qaçqınkom": Məcburi köçkünlərin vahid aylıq müavinətindən “YAŞAT” Fondu üçün vəsait tutulmayıb

“Sosial şəbəkələrdə və bəzi internet media resurslarında məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “YAŞAT” Fonduna 5 manat məbləğində pul tutulması barədə xəbər yayılıb".

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, bu xəbər həqiqəti əks etdirmir, məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən  “YAŞAT” Fondu üçün vəsait tutulmayıb: “Müvafiq qayda əsasında, hər bir məcburi köçkün üçün ayrılmış vəsait onun üzvü olduğu ailənin başçısının adına açılan bank hesab kartına köçürülür. Müqavilə öhdəliyinə görə, bank tərəfindən yalnız kart hesabına illik xidmət haqqı ödənilməsi nəzərdə tutulub. 

Dövlət Komitəsi vətəndaşlardan və media qurumlarından cəmiyyətin həssas təbəqəsi olan məcburi köçkünlərlə bağlı yanlış məlumatları  yaymaqdan çəkinməyi xahiş edir”.
APA.az



Xəbəri paylaş

1303 dəfə oxunub.

Digər xəbərlər