Saytımızı qiymətləndirin


 
 

Slovakiya Rusiya qazının Ukrayna ərazisindən nəqlinin bərpasını istəyir
Tarix: 17-10-2025 | Saat: 16:48
Bölmə:Karusel / Dünya | çapa göndər

Slovakiya Baş naziri Robert Fitso

 

Slovakiya Baş naziri Robert Fitso ölkəsinin Rusiya qazının Ukrayna ərazisindən nəqlinin bərpası məsələsini müzakirə etməyə hazır olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə Slovakiyanın Koşitse şəhərində Ukraynanın Baş naziri Yuliya Sviridenko ilə görüşü zamanı deyib.

“Qaz tranziti ilə bağlı müxtəlif baxışlarımızın olması bir faktdır. Dostlar bir-birinə açıq danışmalıdır. Buna görə də qeyd etmək istəyirəm ki, Slovakiya elektrik enerjisi tədarükü sahəsində yardım göstərməyə hazırdır”, – Robert Fitso bildirib.

Onun sözlərinə görə, Slovakiya Ukrayna enerji sisteminin sabitləşdirilməsinə kömək edəcək müəyyən miqdarda elektrik enerjisi tədarük edə bilər. Eyni zamanda, Fitso qaz tranziti məsələsinin hələ də açıq qaldığını vurğulayıb.



Xəbəri paylaş

47 dəfə oxunub.

Digər xəbərlər