Saytımızı qiymətləndirin


 
 

“Azəriqaz” sahibkarlarla növbəti görüşü Qaradağda keçirəcək
Tarix: 21-03-2022 | Saat: 18:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Azəriqaz” sahibkarlarla növbəti görüşü Qaradağda keçirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Qarabaginfo.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Qaradağ rayonunda təşkil olunacaq.

"Azəriqaz" İB-nin rəhbər şəxsləri Qaradağ rayonu, Lökbatan qəsəbəsində (Ə.Əmirov adına Mədəniyyət Sarayının həyəti) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” martın 23-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.



Xəbəri paylaş

1240 dəfə oxunub.

Digər xəbərlər