Saytımızı qiymətləndirin


 
 

İran Kanadanın bəzi fiziki şəxslərinə və qurumlarına qarşı sanksiya tətbiq edib
Tarix: 02-11-2022 | Saat: 23:30
Bölmə:Karusel / Manşet | çapa göndər

İran Kanadanın bəzi fiziki şəxslərinə və qurumlarına qarşı sanksiya tətbiq edib

İran Kanadanın bəzi fiziki şəxslərinə və qurumlarına qarşı sanksiya tətbiq edib.

Qarabaginfo.az-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyi öz açıqlamasında bildirib.

 

Bildirilir ki, terrorizmə və terror qruplaşmasına dəstək verdiyinə, zorakılığı təhrik və təşviq etdiyinə, İran haqqında yalan məlumat yaydığına, İran xalqına təzyiqlərin artırılmasına görə Kanadanın aşağıdakı şəxsləri və qurumlarına qarşı sanksiya tətbiq edilir.

Fiziki şəxslər:
Kanadanın ictimai təhlükəsizlik naziri, milli müdafiə naziri, Ali Məhkəmənin sədri, Kanada Ordusunun Baş Qərargah rəisi, Kanada Hərbi Hava Qüvvələrinin komandanı, Hərbi Dəniz Qüvvələrinin komandanı, Komissar (rəis) Kanada Süvari Polisinin, Kanadada İranın əmlakına və aktivlərinə həbs qərarı verən hakim.

Hüquqi şəxslər:
İrana qarşı sanksiyaları dəstəkləyən və anti-İran mövqeyindən çıxış edən “Nasional Post” qurumu.



Xəbəri paylaş

1140 dəfə oxunub.

Digər xəbərlər
25-05-2022, 10:23 Qubaya qar yağıb