Saytımızı qiymətləndirin


 
 

Yasamalda qazanxana partladı, xəsarət alan var - Fotolar
Tarix: 06-02-2024 | Saat: 09:37
Bölmə:Karusel / Hadisə | çapa göndər

yasamalda-qazanxana-partladi-xesaret-alan-var

Bakının Yasamal rayonunda yaşayış binasının qazanxanasında partlayış baş verib.

Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, hadisə İnşaatçılar prospektində qeydə alınıb. Partlayışın dalğasından ətrafdakı 11 minik avtomobilinə ziyan dəyib, 1 nəfər isə xəsarət alıb.

Hazırda əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib. Baş vermiş partlayışla əlaqədar binalara istiliyin verilməsi dayandırılıb.

***

Hadisə ilə əlaqədar FHN Mətbuat xidməti də məlumat yayıb. 

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı qazanxanada partlayış hadisəsinin baş verdiyi, partlayış dalğasının təsirindən qazanxana binasının yararsız vəziyyətə düşdüyü müəyyən olunub. Həmçinin, yaxınlıqdakı binanın şüşələri qırılıb və “Toyota” markalı minik avtomobilinin üzərinə daşlar tökülərək avtomobili yararsız vəziyyətə salıb. Hadisə zamanı 1 nəfər vətəndaş yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.









 



Xəbəri paylaş

1185 dəfə oxunub.

Digər xəbərlər