Tarix: 21-03-2022 | Saat: 13:40
Bölmə:Karusel / Region | çapa göndər
Nevzorov iddia edir ki, Putinin ölüm anı müharibə bitəcək
Rusiyalı publisist-jurnalist Aleksandr Nevzorov bütün bəşəriyyəti birləşdirən bir istək barədə danışıb: “Bütün dünya 80 ildə ilk dəfə yalnız bir şey istəyir - Putinin ölümünü”.
Qarabaginfo.az xəbər verir ki, Nevzorov bu barədə Tel-Əvivdə (İsrail) çıxışı zamanı danışıb. Onun çıxışının videosu artıq YouTube-da yerləşdirilib.
Jurnalist deyib ki, indi dünyada milyonlarla insan səhər yuxudan oyananda xəbərlərdə "Putin öldü" başlıqlarını görəcəklərinə ümid edirlər:
“Amma onlar bunu görmürlər. Bəşəriyyətdə bu iki kəlməni görmək istəyi var, sadəcə, iki kəlmə... Təəssüf ki, fikir və istəklər reallaşmır”, - Nevzorov bildirib.
Publisist qeyd edib ki, bütün dünyanın istəklərinə baxmayaraq, Putin qaydasındadır. Ukraynaya gətirdiyi bütün bəlalara baxmayaraq, o, hələ də sağdır.
"Bu məxluq özünü əla hiss edir. Üstəlik, onun mətbuat katibi Peskovun dediyi kimi, emosional vəziyyəti, sabit idealı var. On minlərlə insan artıq öldürülüb, uşaqlar, qocalar məhv edilib, şəhərlər dağıdılıb... Bütün bunlar onun əmri ilə icra edilib. Və o, ideal vəziyyətdədir ... ", - Nevzorov bildirib.
Jurnalistin sözlərinə görə, çox əsəbiləşir ki, indi onun vəzifəsi həqiqəti söyləməkdir.
Yüz milyonlarla insanın Putinin ölüm ümidi ilə yuxudan oyandığını vurğulayan rus jurnalistin fikrincə, Ukraynada hazırda aparılan savaş bir nəfərlik müharibədir.
"Bu, heç bir ərazi mübahisəsi, düşmənçilik və ya dindən qaynaqlanmır. Ortada yalnız maniya, sui-qəsd nəzəriyyələri, dəlilik var", - Nevzorov qeyd edib.
Publisistin sözlərinə görə, o da Putinin necə öləcəyini dəqiq bilmir. "O, öz ətrafındakı insanlar tərəfindən öldürüləcək, yoxsa sonu Bin Laden kimi olacaq...".
Jurnalistin fikrincə, Putin ölsə, müharibə bitəcək.
“Axı, indi baş verənlərin səbəbi odur”,- Nevzorov qeyd edib.
O deyib ki, yeniyetmə ikən Putin “nasistlər haqqında pafos”u mənimsəyib.(Modern.az)
Digər xəbərlər