Saytımızı qiymətləndirin


 
 

Azad Kərimli: "Azərbaycanda onkoloji xəstələrin sayı artıb"
Tarix: 21-05-2021 | Saat: 10:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

Baş onkoloq televizyalardan narazılıq etdi

"Bütün dünyada, o cümlədən Azərbaycanda onkoloji xəstələrin sayı artıb”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş elmi konfransda baş onkoloq Azad Kərimli deyib.

O bildirib ki, 2016-ci ildə 43927 xəstə qeydiyyatda olmuşdusa, ötən il bu göstərici 54400 nəfərə çatıb: “Burada demoqrafik göstəricilərə də nəzər salmaq lazımdır. Demoqrafik göstəricilərlə müqayisəli götürsək, artım olan yerdə istər-istəməz onkoloji xəstəliklərdə də artım müşahidə olunur. Bu gün onkoloji xəstələrin aşkarlanmasında vəziyyət çox yaxşıdır. 2016-ci ildə 17 166 nəfər 5 və 5 ildən artıq yaşayanlar idisə, 2020-ci ildə bu göstərici 19 766 nəfər olub. Ümumi ölüm göstəricilərinə baxsaq, 75 min ölüm hadisəsi qeydə alınıb, onkoloji xəstəliklərdən ölüm cəmi 6 faiz olub".

O qeyd edib ki, fevral ayında səyyar şəkildə Tovuz və Ağstafa rayonlarında uşaqlar arasında profilaktik baxış aparılıb: "Nəticədə 4 nəfərdə onkoloji xəstəliyin olduğu aşkarlanıb. Belə tədbirlərin aparılması, əhalinin maarifləndirilməsi xəstəliyin vaxtında aşkarlanmasına gətirib çıxaracaq".



Xəbəri paylaş

1377 dəfə oxunub.

Digər xəbərlər