Saytımızı qiymətləndirin


 
 

Qazaxıstan Rusiya ilə hərbi əməkdaşlıq sazişini təsdiq etdi
Tarix: 17-02-2022 | Saat: 17:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qazaxıstan Senatının deputatları Rusiya ilə hərbi əməkdaşlıq haqqında sazişin ratifikasiyası layihəsini qəbul edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Qazaxıstan parlamenti məlumat yayıb.

Məlumata görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbayevin 2020-ci ildə imzaladığı əməkdaşlıq sazişinin təsdiqi ilə bağlı qanun layihəsi deputatlar tərəfindən qəbul edilib.

Razılaşma ilə iki ölkənin təhlükəsizliyini təmin etmək, təhdid və təhlükələrə qarşı mübarizə, eləcə də tərəflər arasında hərbi qarşılıqlı fəaliyyət üçün qoşunlardan necə istifadə ediləcəyinin birgə planlaşdırılmasında əməkdaşlıq nəzərdə tutulur. Saziş, həmçinin əməliyyat və döyüş hazırlığı, sülhməramlı missiya, hərbi təlim kimi sahələrdə əməkdaşlığa imkan yaradır.

 



Xəbəri paylaş

242 dəfə oxunub.

Digər xəbərlər