"Darya Duqinanın qətli Ukrayna xüsusi xidmət orqanlarının ən cəsarətli əməliyyatıdır"
Tarix: 06-10-2022 | Saat: 16:34
Bölmə:Karusel / Region | çapa göndər
1198 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-10-2022 | Saat: 16:34
Bölmə:Karusel / Region | çapa göndər

"Duqinə sui-qəsdi Ukrayna hakimiyyəti sanksiyalaşdırıb?.."
"ABŞ xüsusi xidmət orqanları sui-qəsdin planlaşdırılmasından xəbərsiz olub və bu əməliyyatda iştirak etməyib..."
ABŞ xüsusi xidmət orqanlarının prezident Co Baydenə tədqim etdiyi hesabatda belə nəticəyə gəlinib ki, Ukrayna hökumətində bəzi şəxslərin filosof-millətçi Aleksandr Duqinə sui-qəsdə əli var.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "New York Times" nəşri yazıb.
Amerikalı məmurlar xüsusulə Rusiya ərazisində aparılan xüsusi əməliyyatlarda Kiyevin gizlinliyindən məyus olub.
ABŞ xüsusi xidmət orqanlarının hesabatında deyilir ki, Amerikanın güc idarələri Duqinin aradan götürülməsi üçün hazırlanan əməliyyatdan xəbərsiz olub və bu əməliyyatda heç cür iştirak etməyib. Əgər bu barədə məlumatlı olsaydılar, buna qarşı çıxacaqdılar.
Aleksandr Duqinin qızı Daryanın olduğu avtomobilin partladılması ilə bağlı hadisənin təhlili nəticəsində məruzə müəllifləri bu nəticəyə gəlib ki, sui-qəsdin hədəfi Duqinin özü olub.
Amerika məmurlarının fikrinə görə, əməliyyatı həyata keçirən əməliyyatçılar güman edib ki, zirehli maşında Aleksandr Duqin qızı ilə birgə olub.
Bu məruzə barədə danışan Amerikanın rəsmi şəxsləri sui-qəsdin Ukrayna hökumətindən məhz hansı məmurlar tərəfindən sanksiyalaşdırılması , kim tərəfindən həyata keçirilməsi və prezident Vladimir Zelenskinin şəxsən bu missiyanı təsdiq etməsi barədə açıqlama verməyib.
Darya Duqinanın aradan götürülməsi Ukrayna xüsusi xidmət orqanlarınım ən cəsarətli əməliyyatıdır, bununla Ukrayna Rusiyanən görkəmli xadimlərinə çox yaxın nüfuz edə biləcəyini nümayiş etdirib.
ABŞ kəşfiyyatı da daxil olmaqla, Ukrayna hökumətini mühüm məlumatlarla təmin edən hərbi idarənin rəhbərliyi Ukrayna tərəfinin planlaşdırılan əməliyyatlarda gizli rəftarından narazılığını ifadə edir.
Bundan başqa, Vaşinqton ehtiyat edir ki, Duqinanın aradan götürülməsi kimi əməliyyatlar Moskvanı prezident Zelenski kimi çox ciddi mühafizə olunmayan Ukrayna liderlərinin aradan götürülməsi üçün cavab tədbirlərə sövq edə bilər.
Xatırladaq ki, 21 avqusta keçən gecə Moskva ətrafında Mojaysk şosesində sükan arxasında rusiyalı filosof, politoloq və sosioloq, "rus dünyası"nın ideoloqu və nəzəriyyəçisi, Ukraynaya qarşı müharibənin qatı tərəfdarı Aleksandr Duqinin 29 yaşlı politoloq və jurnalist qızı Darya Duqinanın olduğu "Land Cruiser Prado" avtomobili partladılıb. Aldığı zədələnmələrdən o, yerindəcə keçinib.
Sonradan Rusiyanın İstintaq Komitəsi məlumat verib ki, avtomaşına trotil ekvivalentdə təxminən 400 qram güclü partlayıcı qurğu yerləşdirilib.
FTX Duqinaya bilavasitə sui-qəsd edənin Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü, iyulun 23-də 12 yaşlı qızı Sofiya Şaban ilə Rusiyaya gələn Natalya Vovk olduğunu deyib.
Uktayna hakimiyyəti bu hadisədə hər hansı əlaqədə olduğunu inkar edir.(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
19-01-2022, 19:07
“Putin Lavrovu Bakıya göndərəcək, Azərbaycan Süniki işğal edəcək, sonra isə...” - ŞOK SSENARİ
7-05-2021, 16:44
Azərbaycanda daha 1854 nəfər COVID-19-dan sağalıb, 722 nəfər yoluxub
14-04-2026, 14:09
Vado Korovin vəzifəsindən azad edildi
20-02-2025, 16:16
Aİ liderləri Ukraynaya səfər edəcək
25-03-2023, 14:11
Çaylarda suyun səviyyəsi artıb
20-06-2026, 18:18
Niderland NATO üçün "MQ-9 Reaper" PUA-larından istifadə edəcək
18-07-2022, 12:40
Ceyhun Bayramov Brüsseldə NATO Baş katibi ilə görüşəcək
15-04-2022, 22:00
Mahir Emreli "Dinamo"da növbəti qolunu vurub
19-03-2022, 20:44
Lavrov: "OPEC+ formatının dağılacağına inanmağa əsas yoxdur"


















