Saytımızı qiymətləndirin


 
 

Niderland NATO üçün "MQ-9 Reaper" PUA-larından istifadə edəcək
Tarix: 20-06-2026 | Saat: 18:18
Bölmə:Karusel / Dünya | çapa göndər

Niderland NATO üçün "MQ-9 Reaper" PUA-larından istifadə edəcək

Niderland ABŞ-ın Avropadakı hərbi mövcudluğunu azaltmaq planları fonunda NATO-nun müdafiə imkanlarını gücləndirmək üçün MQ-9 Reaper pilotsuz uçuş aparatlarından istifadə etməyi planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Niderlandın baş nazirinin müavini və müdafiə naziri Dilan Yeşilgöz-Zegerius məlumat yayıb.

“Nazirlər Kabineti ilə birlikdə MQ-9 Reaper sistemləri vasitəsilə alyansımızın mövqelərinin və müdafiəsinin gücləndirilməsinə töhfə verəcəyik”, – deyə o bildirib.

Nazir əlavə təfərrüat açıqlamayıb.

Yeşilgöz qeyd edib ki, NATO ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən son görüşündə ABŞ-ın Avropadakı hərbi iştirakının getdikcə daha aydın görünən şəkildə azalmasına cavab tədbirləri müzakirə olunub.

Onun sözlərinə görə, NATO rəhbərliyi üzv dövlətləri kollektiv müdafiəyə töhfələrini artırmağa çağırıb.



Xəbəri paylaş

39 dəfə oxunub.

Digər xəbərlər
21-01-2021, 11:54 Faktiki hava açıqlandı