Saytımızı qiymətləndirin


 
 

Nazir Əlibaba Məmmədovu evində ziyarət edib
Tarix: 08-02-2022 | Saat: 12:47
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Nazir Əlibaba Məmmədovu evində ziyarət edib

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Xalq artisti, “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenli xanəndə Əlibaba Məmmədovu evində ziyarət edib.

Nazirlikdən Qarabaginfo.az-a verilən məlumata görə, Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovu doğum günü münasibətilə təbrik edən Anar Kərimov, ifaçının Azərbaycan incəsənətində xüsusi rolunu vurğulamış, onun mahnılarının dillər əzbəri olduğuna diqqət çəkmişdir. Əlibaba Məmmədovun yetişdirdiyi tələbələrin bu gün də Azərbaycan muğam sənətinin gələcək nəsillərə ötürülməsində birbaşa iştirak etdiyini vurğulayan nazir ona möhkəm can sağlığı arzularını çatdırmışdır.



Xəbəri paylaş

246 dəfə oxunub.

Digər xəbərlər