Saytımızı qiymətləndirin


 
 

Aşotyan: Sərkisyan sürüşüb aradan çıxdı!
Tarix: 24-01-2022 | Saat: 08:03
Bölmə:Karusel / Region | çapa göndər

Onsuz da ölkəni səthi olaraq idarə edirdi, eyni zəif mətnlə istefa verdi.

Qarabaginfo.az musavat.com-a istinadən xəbər verir ki, bu cümlə erməni müxalifətçi, “Respublika” partiyasının (sədr Serj Sərkisyan - red.) nümayəndəsi, keçmiş təhsil naziri Armen Aşotyanın Feysbuk səhifəsində yazdığı statusda əks olunub.

“Ümumi sarkazm və gözlənilməzlikdən başqa iki bir-birini tamamlayan müşahidə nəticəsini yazmaq olar:

1. Ermənistanın başının üstündə, xaricdən gəlmə qara bulud dolaşır və Armen Sərkisyan qaçmağa qərar verdi.

2. Bu addımla o, Nikola ölkədə hakimiyyəti tam ələ almaq və Konstitusiya dəyişikliklərini həyata keçirmək yolunu təmizlədi", - o qeyd edib.

Sonda Armen Aşotyan sabiq prezidentin sadəcə “sürüşdüyünü” qeyd edib.

 



Xəbəri paylaş

1275 dəfə oxunub.

Digər xəbərlər