Saytımızı qiymətləndirin


 
 

"Azəriqaz"ın rəhbər şəxsləri Şəkidə vətəndaşlarla görüş keçirib
Tarix: 02-02-2022 | Saat: 17:27
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Azəriqazın rəhbər şəxsləri Şəkidə vətəndaşlarla görüş keçirib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin rəhbər şəxsləri Şəki şəhərində vətəndaşlarla görüş keçiriblər.

Qarabaginfo.az “Azəriqaz”a istinadən xəbər verir ki, "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüşdə vətəndaşlar qaz təchizatı ilə bağlı problemlərini səsləndiriblər.

Şəki şəhər sakini Qüdrət Bəkirov şəhərin 119A kvartal ərazisində övladı, 2-ci qrup həqiqi-hərbi xidmət əlili Ramiz Bəkirli üçün inşa etdirdiyi fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Vətən müharibəsinin iştirakçısı Pənah İsrafilov ucqar ərazidə yerləşən Baş Zəyzid kəndinin qazlaşdırılmayan bəzi hissələrinin təbii qazla təmin olunmasını xahiş edib.

Aksiyaya Qax rayonunun Əmbərçay kəndindən üz tutan Əhmədiyə Omarov bu kənddə “mavi yanacağ”ın olmadığını bildirib. Daxil olan bütün müraciətləri İstehsalat Birliyinin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov cavablandırıb.

Görüşdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov da qaz təchizatı ilə bağlı bir sıra məsələləri Birliyin məsul şəxslərinin diqqətinə çatdırıb.

Bu gün təşkil olunan aksiya sayca 40-cıdır.



Xəbəri paylaş

1256 dəfə oxunub.

Digər xəbərlər