Saytımızı qiymətləndirin


 
 

Binəqədidə atasını öldürən şəxs TUTULDU
Tarix: 12-05-2023 | Saat: 10:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Binəqədidə atasını öldürən şəxs TUTULDU

Mayın 10-u saat 20 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1965-ci il təvəllüdlü Ehtibar Abbasovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

 

Binəqədi Rayon Prokurorluğundan Qarabaqinfo.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla 1990-cı il təvəllüdlü Azər Abbasovun aralarında yaranmış mübahisə zamanı atası Ehtibar Abbasova kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Azər Abbasov mayın 12-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

İbtidai istintaq davam edir.



Xəbəri paylaş

1107 dəfə oxunub.

Digər xəbərlər