Saytımızı qiymətləndirin


 
 

Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsi davam etdirilir
Tarix: 28-02-2022 | Saat: 18:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsi davam etdirilir

Hazırda Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsi davam etdirilir. İlkin olaraq Odessa şəhərində cəmləşən 6 yük avtonəqliyyat vasitəsinin Moldovaya keçidi təmin edilib. Hazırda nəqliyyat vasitələri Rumıniya ilə sərhədə çatıb və Rumıniyaya keçid üçün sənədləşməni gözləyirlər.

Bu barədə Qarabaginfo.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlamasına istinadən xəbər verir.

Bildirilir ki, təxliyə prosesi Moldovadakı diplomatik korpusumuzun köməyi ilə həyata keçirilir.

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) aidiyyəti qurumlarla apardığı danışıqların nəticəsi olaraq bu gün də Odessa limanı ərazisində olan sürücülərin eyni istiqamətə yola düşməsi gözlənilir. Kiyev, Xarkov və digər regionlarda cəmləşən sürücülərin də təxliyəsi ilə bağlı işlər görülür, onlarla mütəmadi olaraq əlaqə saxlanılır", - nazirliyin açıqlamasında deyilir.



Xəbəri paylaş

1269 dəfə oxunub.

Digər xəbərlər