Ana Sayfa > Karusel / Gündəm > Binəqədidə atasını öldürən şəxs TUTULDU
Binəqədidə atasını öldürən şəxs TUTULDU12-05-2023, 10:06. Yazar: Admin |
Mayın 10-u saat 20 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1965-ci il təvəllüdlü Ehtibar Abbasovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Binəqədi Rayon Prokurorluğundan Qarabaqinfo.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla 1990-cı il təvəllüdlü Azər Abbasovun aralarında yaranmış mübahisə zamanı atası Ehtibar Abbasova kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Azər Abbasov mayın 12-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir. Geri dön |