Saytımızı qiymətləndirin


 
 

İran İraqa qaz nəqlini dayandırdı
Tarix: 23-01-2022 | Saat: 15:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

İran İraqa qaz nəqlini dayandırdı

Yığılan borc səbəbindən İran İraqa qaz nəqlini dayandırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İraqın Energetika Nazirliyinin sözçüsü Əhməd Musa açıqlama verib.

“İrandan İraqa nəql olunan 4 ayrı qaz kəməri istismardan çıxarılıb və bununla da İrandan gündəlik 50 milyon kubmetr qazın həcmi 8,5 milyon kubmetrə enib. Bu səbəbdən İraqda iki gündür uzunmüddətli elektrik kəsilməsi yaşanır”, – sözçü deyib.

Bildirilib ki, Bağdad, Kərkük, Diyalə, Nəcəf, Kərbəla, Kadisiyə, Musənna və Babil kimi vilayətlərdə 2 gündür elektrik enerjisi kəsilib.

Ə.Musa İraqın Maliyyə Nazirliyinə zəng edərək İrana olan qaz borcunun ödənilməsini tələb edib.



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər