Saytımızı qiymətləndirin


 
 

Ermənistan tərəfi hərbçimizə 5 maddə üzrə ittiham ELAN ETDİ
Tarix: 29-02-2024 | Saat: 10:38
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Ermənistan tərəfi hərbçimizə 5 maddə üzrə ittiham ELAN ETDİ

Ermənistan tərəfi Laçın rayonu ərazisində əlverişsiz hava şəraitina görə yolu azaraq qarşı tərəfə keçən azərbaycanlı əsgər barədə yeni məlumat yayıb.
Qarabaqiinfo.az xəbər verir ki, Ermənistan KİV-lərinin məlumatına görə, Ordumuzun əsgəri Ruslan Eldəniz oğlu Pənahov barəsində bir neçə maddə üzrə cinayət işi açılıb.
 

Bildirilir ki, Ermənistan İstintaq Komitəsinin dövlət əleyhinə cinayətlərin, konstitusiya quruluşunun əsasları və ictimai təhlükəsizliyin araşdırılması baş idarəsində Ruslan Pənahova qarşı Cinayət Məcəlləsinin 335-ci maddəsinin 1-ci hissəsi, 340-cı maddənin 1-ci hissəsi, 44-425-ci maddəsinin 1-ci hissəsi və 469-cu maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.
Azərbaycanlı əsgər təxribata cəhd, başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhd, o cümlədən milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd, qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə, qanunsuz yolla Ermənistan Respublikasının dövlət sərhədini pozmaqda ittiham olunur.

Ermənistan İstintaq Komitəsi bildirib ki, Ruslan Pənaxov müstəntiqin qərarı ilə həbs edilib. Hazırda onunla bağlı araşdırma davam etdirilir.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 28-i səhər saatlarında Ordumuzun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. 



Xəbəri paylaş

190 dəfə oxunub.

Digər xəbərlər