Ana Sayfa > Karusel / Dünya > Ermənistan tərəfi hərbçimizə 5 maddə üzrə ittiham ELAN ETDİ
Ermənistan tərəfi hərbçimizə 5 maddə üzrə ittiham ELAN ETDİ29-02-2024, 10:38. Yazar: Admin |
Ermənistan tərəfi Laçın rayonu ərazisində əlverişsiz hava şəraitina görə yolu azaraq qarşı tərəfə keçən azərbaycanlı əsgər barədə yeni məlumat yayıb. Bildirilir ki, Ermənistan İstintaq Komitəsinin dövlət əleyhinə cinayətlərin, konstitusiya quruluşunun əsasları və ictimai təhlükəsizliyin araşdırılması baş idarəsində Ruslan Pənahova qarşı Cinayət Məcəlləsinin 335-ci maddəsinin 1-ci hissəsi, 340-cı maddənin 1-ci hissəsi, 44-425-ci maddəsinin 1-ci hissəsi və 469-cu maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb. Ermənistan İstintaq Komitəsi bildirib ki, Ruslan Pənaxov müstəntiqin qərarı ilə həbs edilib. Hazırda onunla bağlı araşdırma davam etdirilir. Geri dön |