Saytımızı qiymətləndirin


 
 

Britaniyanın müdafiə naziri Sergey Şoyqunu Londona səfərə dəvət edib
Tarix: 18-01-2022 | Saat: 07:55
Bölmə:Karusel / Dünya | çapa göndər

Ben Uolles və Sergey Şoyqu

 

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles rusiyalı həmkarı Sergey Şoyqunu Londona səfərə dəvət edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə nazir parlamentdə çıxış edərkən deyib.

“Mən rusiyalı həmkarım Sergey Şoyqunu yaxın bir neçə həftə ərzində Londona səfərə dəvət etdim. Biz ümumi təhlükəsizlik problemləri ilə bağlı məsələləri müzakirə etməyə hazırıq”, - deyə Uolles vurğulayıb.

O bildirib ki, Rusiya-NATO Şurası alyansın Avro-Atlantik təhlükəsizliyin maraqları naminə geniş spektrli məsələlər üzrə Rusiya Federasiyası ilə dialoqa hazır olduğunu göstərib.



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər