Saytımızı qiymətləndirin


 
 

Rusiyanın Ukraynadakı itkiləri 175 mini keçdi
Tarix: 03-04-2023 | Saat: 10:38
Bölmə:Karusel / Region | çapa göndər

Rusiyanın Ukraynadakı itkiləri 175 mini keçdi

Rusiya Silahlı Qüvvələri son sutkada Ukrayna ərazisində daha 610 hərbçisini itirib.

Qarabaginfo.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya tərəfinin müharibə başlayandan (24 fevral 2022) bəri ümumi itkilərinin sayı 175.160 nəfərə çatıb.

Həmçinin, son sutka ərzində Rusiyaya məxsus 1 tank, 7 zirehli döyüş maşını və 7 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Qeyd edək ki, hazırda Donetsk vilayətinin Baxmut qəsəbəsi istiqamətində şiddətli döyüşlər davam etməkdədir.



Xəbəri paylaş

189 dəfə oxunub.

Digər xəbərlər