Saytımızı qiymətləndirin


 
 

Milli Məclis və Səhiyyə Nazirliyi Azərbaycanda sanitariya-epidemioloji salamatlıq haqqında hüquqi aktlar hazırlayır
Tarix: 11-09-2020 | Saat: 12:07
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Milli Məclis 14 qanuna dəyişiklik edəcək - modern.az

“Prezidentin sərəncamı ilə tibb işçilərinin sosial müdafiəsi gücləndirilib, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 misli miqdarında əlavələr müəyyən edilib. Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Yeni Çağrı Mərkəzi yaradılıb, koronaviruslu xəstələrin müalicəsinə cəlb olunmuş həkimlərə və tibb personalına psixoloji dəstək göstərilməsinə başlanıb”. 

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası ilə bağlı ölkədəki mövcud vəziyyət daim Milli Məclisin Səhiyyə Komitəsinin də diqqət mərkəzində olub və koronavirusla mübarizə tədbirləri çərçivəsində Milli Məclisin Səhiyyə Komitəsinin, eləcə də ölkənin səhiyyə ictimaiyyəti və millət vəkillərinin iştirakı ilə dinləmələr və sorğular keçirilib, pandemiya ilə bağlı təkliflər hazırlanıb: “COVID-19 pandemiyası ilə bağlı Milli Məclisinin bir çox komitələrində iclaslar keçirilərək, qanun layihələri hazırlanıb və ümumilikdə bununla bağlı Milli Məclis tərəfindən 10 qanun layihəsi qəbul edilib. Milli Məclis və Səhiyyə Nazirliyi pandemiyaya qarşı mübarizədə əhalinin sağlamlığının qorunması, eləcə də sanitariya-epidemioloji salamatlıq haqqında hüquqi aktlar hazırlayır”.

Ə.Əmiravlanov qeyd edib ki, COVID-19 yeni tip virus olduğundan tam şəkildə müalicəsi hələ ki, yoxdur: “Dünyanın müxtəlif ölkələrində bu istiqamətdə ciddi araşdırmalar aparılır. Vaksinin hazırlanmasına müəyyən qədər vaxt tələb olunduğundan bu virusla birgə yaşamağı öyrənməliyik. Peyvəndin tapılmasına qədər virusun yayılmasının qarşısının alınmasının hələlik ən effektiv yolu insanların kütləvi şəkildə toplaşmasının məhdudlaşdırılması, fiziki məsafənin saxlanılması və tibbi qoruyucu vasitələrdən istifadədir. Karantin rejiminin müddətinin uzadılması da insanların sağlamlığının maksimum dərəcədə qorunmasına hesablanıb. Nazirlər Kabineti yanında Operativ Qərərgahın karantin qaydalarında yumşalmalara getməsi virusla mübarizənin bitməsi demək deyil. Unutmamalıyıq ki, qaydalara əməl etməmək virusun yenidən geniş yayılmasına səbəb ola bilər. Həyata keçirilən tədbirləri, işləri yarımçıq qoymamaq və əldə olunan nəticələri davam etdirmək, uğurlu sonluğa çatmaq üçün pandemiya dövründə karantin qaydalarına daha da məsuliyyətli və diqqətli şəkildə əməl etməliyik. İnanıram ki, dövlətin qətiyyətli və düşünülmüş addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, bu ağır vəziyyətdən az itkilərlə çıxaq”. 



Xəbəri paylaş

404 dəfə oxunub.

Digər xəbərlər