Tarix: 18-07-2025 | Saat: 13:15
Bölmə:Karusel / Kriminal | çapa göndər
Müğənni Elçin Göyçaylı həbs olunub.
Qarabaginfo.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.
Araşdırma zamanı onun sərxoş halda avtomobil idarə edərək manevr qaydalarını pozduğu müəyyənləşib.
Müğənniyə 15 gün müddətinə inzibati həbs cəzası verilib.
Qeyd edək ki, E.Göyçaylı bir neçə mahnının müəllifidir. O, daha çox “Nə oldu, Paşinyan?” ifası ilə məşhurdur.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müğənninin avtomobil idarə edərkən sürücülük hüququnun olmaması, eləcə də sərxoş halda olması müəyyən edilib.
Bu səbəbdən yol polisi tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 334-1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.
Digər xəbərlər