Tarix: 19-10-2024 | Saat: 08:50
Bölmə:Karusel / Dünya | çapa göndər
Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərviş İsmayıl və HƏMAS Siyasi Bürosunun üzvləri ilə görüşüb.
Qarabaginfo.az xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyinin internet səhifəsində məlumat verilib.
Görüş zamanı bölgədəki, xüsusilə Qəzzanın şimalındakı humanitar vəziyyət müzakirə edilib.
Fidan Qəzzada baş verən humanitar fəlakətə qarşı beynəlxalq ictimaiyyəti səfərbər etmək üçün diplomatiyanın bütün imkanlarından istifadə edəcəklərini bildirib.
Görüşdə həmçinin girovların mübadiləsinə imkan verəcək atəşkəs razılaşmasının əldə edilməsi üçün aparılan danışıqlarda son vəziyyət müzakirə olunub.
Bundan başqa görüş zamanı fələstinlər arasındakı barışıq prosesinə də toxunulub. Fidan bu mövzuda bu yaxınlarda Misirin ev sahibliyi ilə Qahirədə keçirilən görüşü yüksək qiymətləndirdiyini deyib.
Digər xəbərlər