Saytımızı qiymətləndirin


 
 

“Sağlam ailə sağlam cəmiyyətin təməlidir” layihəsi uğurla davam etdirilir
Tarix: 26-03-2022 | Saat: 22:25
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə maliyyələ “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) İctimai Birliyinin cənub bölgəsində “Sağlam ailə sağlam cəmiyyətin təməlidir” adlı layihəsi dünən (25.03.2022) start götürüb.

Qarabaginfo.az xəbər verir ki, dünən “Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlər və adət-ənənələri”, “Multikulturalizm və multietnosluq”, “Qloballaşma və modernləşmə dövründə milli ailə dəyərləri”, “Azərbaycanda klassik və müasir ailə dəyərləri, “Nikah və boşanmalar”, Vulqar ənənələr” kimi önəmli mövzular ətrafında müzakirələrin yer aldığı tədbir bu gün “Əxlaq normaları: xüsusiyyətləri, növləri və nümunələri”, “Əxlaqi keyfiyyətlər: insanlararası münasibətlər və reallıq” və s. kimi vacib mövzular ətrafında müzakirələrlə uğurla davam edib.

Layihənin məqsədi respublikada ailə dəyərlərinin, əxlaq və etika normalarının təbliği sahəsində gənclərin, xüsusən də, yeni ailə quran və qurmaq üzərə olan gənc  ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, habelə ailələrin dağılmasına səbəb olan müxtəlif amillərin (gənc ailələrə valideynlərin və digər qohumların yersiz müdaxilələri, boşanmalara rəvac verən aktuallığını itirmiş adətlər və s.) aradan qaldırılması istiqamətində profilaktik tədbirlər həyata keçirməkdən ibarətdir.

Əlavə edək ki, 3 günlük tədbir zamanı nəqliyyat xərcləri istisna olmaqla, bütün iştirakçıların çay-kofe, yemək və oteldə qalmaq xərcləri (3 gecə) layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən qarşılanır.

(Azad Şuşa)


Xəbəri paylaş

1279 dəfə oxunub.

Digər xəbərlər