Saytımızı qiymətləndirin


 
 

Rusiyanın ABŞ-da səfiri məsləhətləşmək üçün Moskvaya gəlir  
Tarix: 20-03-2021 | Saat: 23:20
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Rusiyanın ABŞ-da səfiri məsləhətləşmək üçün Moskvaya gəlir  
Anatoli Antonov

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov xidməti avtomobili ilə Vaşinqtondakı diplomatik missiyanın ərazisini tərk edib və Nyu-Yorka yola düşüb.

Bu barədə Qarabaginfo.az "Report"a istinadən xəbər verir.

Qeyd edilir ki, səfir Nyu-Yorkdan məsələhətləşmək üçün Moskvaya yola düşəcək.

Daha əvvəl Rusiyanın ABŞ-dakı diplomatik missiyası Antonovun bu gün təyyarə ilə Moskvaya uçacağı barədə bəyanat yayıb. Diplomat Rusiya-Amerika münasibətlərinin sonrakı istiqaməti üzrə məsəhətləşmə üçün Moskvaya dəvət edilib.

Rusiyanın Xarici İşlər Nazirliyində vurğulayıblar ki, yeni tarixdə hələ ölkənin ABŞ-dakı səfiri konsultasiya üçün Moskvaya dəvət olunmayıb.

ABŞ prezidenti Cozef Bayden martın 17-də “ABC News” telekanalına müsahibəsində Rusiya lideri Vladimir Putini Birləşmiş Ştatlarda 2020-ci ildə keçirilmiş seçkilərə müdaxiləyə görə cavab verəcəyi ilə hədələyib. Bayden həmçinin rusiyalı həmkarının ünvanına xoşagəlməz ifadələr də səsləndirib.



Xəbəri paylaş

1391 dəfə oxunub.

Digər xəbərlər
27-09-2024, 19:38 Polkovnik həbs olundu