Saytımızı qiymətləndirin


 
 

Zelenski: Səudiyyə Ərəbistanında Rusiya və ya ABŞ-la görüşlərim nəzərdə tutulmur
Tarix: 14-02-2025 | Saat: 15:29
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrauna Prezidenti Vladimir Zelenski

 

“ABŞ ilə birlikdə Vladimir Putinə təzyiq göstərməyin yollarını müzakirə edib, konkret addımlar atmasaq, Qərb kostyumlarını hərbi geyim formasına dəyişməli olacaq”.

Qarabaginfo.az “insider.ua”ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O həmçinin bildirib ki, NATO-ya üzv deyilsə, ölkəsinin 500 min nəfərlik orduya ehtiyacı var.

Ukrayna lideri döyüş meydanındakı vəziyyəti də şərh edib. O bildirib ki, son günlər Pokrovsk istiqamətində vəziyyət kifayət qədər yaxşıdır:

“Hazırda əsgərlərimiz bütün dünyaya danışmağa və kostyum geyinməyə vaxt verir. Düşünürəm ki, ABŞ ilə birlikdə Vladimir Putinə təzyiq göstərməyin yollarını müzakirə edib konkret addımlar atmalıyıq. Əks halda Qərb kostyumlarını hərbi geyim formasına dəyişməli olacaq. Mən ABŞ-nin əlində müharibənin dayandırılması üçün hazır plan görmürəm. Mənim Səudiyyə Ərəbistanına səfərim olacaq, amma orada Rusiya və ya ABŞ tərəfi ilə görüşlərim nəzərdə tutulmur”.



Xəbəri paylaş

62 dəfə oxunub.

Digər xəbərlər
13-01-2022, 16:22 Əli Əliyev həbs edilib