Saytımızı qiymətləndirin


 
 

“The Economist” ənənəsini pozaraq “İlin ölkəsi” kimi Ukraynanı seçdi
Tarix: 20-12-2022 | Saat: 23:38
Bölmə:Karusel / Manşet | çapa göndər

“The Economist” ənənəsini pozaraq “İlin ölkəsi” kimi Ukraynanı seçdi

Britaniyanın “The Economist” jurnalı Ukraynanı 2022-ci ilin ölkəsi elan edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə nəşr öz məqaləsində məlumat yazıb.

Jurnal ilin ölkəsini seçməyə başlayan 2013-cü ildən bəri ilk dəfə seçim redaksiyada mübahisələrə səbəb olmayıb. Eyni zamanda, “The Economist”in yazdığına görə, ənənəyə əsasən, bu titul son 12 ayda ölkə vəziyyətinin yaxşılaşdığı dövlətə verilir, Ukraynada isə müharibə səbəbindən vəziyyət xeyli pisləşib və iqtisadiyyat çöküb.

Xatırladaq ki, dekabrın əvvəlində Britaniyanın “Financial Times” qəzeti Ukrayna Prezidenti Volodimir Zelenskini ilin adamı adlandırıb.

Qeyd edək ki, 2021-ci ildə “The Economist” İtaliyanı siyasi nailiyyətlərə görə ilin ölkəsi elan edib. Əvvəlki illərdə bu titul Özbəkistan (quldarlığın ləğvinə görə), Kolumbiya (sülhün əldə edilməsinə görə), Tunis (demokratiyaya doğru seçiminə görə) kimi ölkələrə verilirdi.



Xəbəri paylaş

1104 dəfə oxunub.

Digər xəbərlər