Saytımızı qiymətləndirin


 
 

Türkiyə 6 ay ərzində Ermənistanla quru sərhədini açmaq istəyir
Tarix: 03-12-2025 | Saat: 13:05
Bölmə:Karusel / Region | çapa göndər

 

Ermənistan-Türkiyə sərhədi
Ermənistan-Türkiyə sərhədi

Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədini açmağı nəzərdən keçirir.

Bu barədə “Bloomberg“ adı çəkilməyən məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Ermənistan və Türkiyə Xarici İşlər nazirlikləri “Bloomberg“in məsələ ilə bağlı sorğusuna cavab verməyiblər.

Anonim mənbənin məlumatına görə, Ermənistanın Azərbaycanla diplomatik münasibətlərdə əldə etdiyi irəliləyiş və Türkiyə ilə quru sərhədlərinin açılması Baş nazir Nikol Paşinyana gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərində kömək edə bilər.

Mənbə qeyd edib ki, Paşinyan seçkilərdə qalib gəlsə, Azərbaycan Prezidenti onunla sülh müqaviləsi barədə yekun razılığa gələ bilər.

Yalnız bundan sonra Türkiyə Ermənistana səfir təyin edəcək və diplomatik münasibətləri bərpa edəcək.



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər