“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyaya dəvəti qüvvədə qalır. Lakin səfərin dəqiq tarixi hələ məlum deyil”.
Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Ən yüksək səviyyədə təmas hər iki ölkə üçün olduqca vacibdir”, – o bildirib.
Qeyd edək ki, ötən ilin dekabr ayında Rusiya Prezidenti Vladimir Putin MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində K.Tokayevi Rusiyaya dəvət etmişdi.






" style="width: 670px; height: 340px;">









