Tarix: 06-03-2022 | Saat: 21:51
Bölmə:Karusel / Gündəm | çapa göndər
İnanmıram ki, Rəşad Sadıqovun yığmada 111 oyunluq hədəfinə çata bilərəm. Ona görə də yəqin ki, bir ildən sonra karyeramı bitirəcəyəm".
Qarabaginfo.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Maksim Medvedev evdə "Qəbələ"yə 5:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib.
Təcrübəli oyunçu milli komandada çox oynamasının mümkün olmadığını da diqqətə çatdırıb: "Püşkatmada biz aşağı səbətlərdə oluruq. Sağlamlığımda problem olmasa, bəlkə də millidə 100 oyun həddinə çata biləcəyəm".
Qarşılaşmaya gəldikdə, "Çox intensiv oldu, matça köklənməkdə çətinlik çəkdik. Bunu ilk yarıda da gördük. Fasilədən sonra daha çox qollar vurmağa başladıq", - deyən 33 yaşlı müdafiəçi bildirib ki, böyük komandalara qarşı tam fərqli hazırlaşırlar: "Premyer Liqada hansısa futbolçunun konsentrasiyası aşağı düşür. Birinci hissədən sonra Qurban Qurbanov lazımi sözləri futbolçulara dedi və komanda konsentrasiya olundu. Penaltinin verilməsinə əsəbiləşmişdik. Lakin videoda baxdıqdan sonra qərarın düzgün olduğunu gördük. Bəlkə də bu penalti bizi ayıltdı və daha dəqiq və sabit oynamağa başladıq".
Medvedev Premyer Liqadakı rəqabətsizliyin "Qarabağ"a maneçilik törətdiyi barədə fikirlərlə razılaşmayıb: "İnanmıram ki, çempionatımız elə bir səviyyəyə çatsın ki, Fransa "Marsel"inə qarşı hansısa komanda layiqincə rəqabət apara bilsin. İnanıram ki, klublarımıza daha səviyyəli legionerlər gələcək və rəqabət artacaq".
O, keçmişə baxanda səhvlərinin olduğunu etiraf edib: "Həmin səhvlərimə baxanda gülürəm. Belə yanlışlıqlara digər oyunçular da yol verirlər. Ona görə də həmin sabitliyi qoruya bilmirlər. Mənim ətrafımda nümunə götürdüyüm oyunçular və baş məşqçimiz olub. Onların sayəsində sabit çıxış edirəm. Hələ də hədəflərim var. İstərdik ki, Avropa Liqası və Çempionlar Liqasının qrup mərhələsini də dəf etməyimizi istərdim. Hələ futboldayam, inanıram ki, bu nailiyyətlərə çata biləcəyəm. Eyni zamanda milli komandada da nəyəsə nail olmaq istəyirəm".
Digər xəbərlər