Tarix: 18-07-2025 | Saat: 09:57
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran şəhərinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.
Qarabaginfo.az FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd su hövzələrində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatları, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
Təlimdə FHN-in Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı hərbi hissəsinin xilasediciləri, Lənkəran rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.
Şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər zərərçəkmişi “xilas edərək” ilkin yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil veriblər.
Təlim bitdikdən sonra nəticələri təhlil olunub, müvafiq tapşırıqlar verilib.
Digər xəbərlər