Saytımızı qiymətləndirin


 
 

Ursula von der Leyenlə bağlı səsvermənin vaxtı açıqlanıb
Tarix: 11-07-2024 | Saat: 15:21
Bölmə:Karusel / Dünya | çapa göndər

Ursula von der Leyen

 

Ursula von der Leyenin ikinci dəfə Avropa Komissiyasının prezidenti vəzifəsinə seçilməsinə ilə bağlı səsvermənin vaxtı açıqlanıb.

Qarabaginfo.az “Politico”ya istinadən xəbər verir ki, səsvermə 18 iyul Strasburq vaxtı ilə saat 13:00-da baş tutacaq.

Avropa Parlamentinin üzvləri onun ikinci dəfə komissiyanın prezidenti olub-olmamasına qərar verəcəklər. Von der Leyenin yenidən komissiyanın prezidenti seçilməsi üçün 720 deputatdan 361-nin dəstəyinə ehtiyacı var.

Səsvermənin keçiriləcəyi tarixlə bağlı yekun qərar parlamentin ən ali rəsmilərinin iştirakı ilə keçirilən Prezidentlər Konfransında qəbul edilib.

Parlamentin gündəliyinə əsasən, Ursula von der Leyen saat 09:00-da bəyanatla çıxış edəcək. Daha sonra isə saat 11:00-dək debat keçiriləcək. Səsvermənin nəticəsi 14:45-də elan olunacaq.

Leyen 361 səs toplaya bilməsə, Aİ ölkələrinin liderləri başqa namizəd təqdim etməli olacaqlar.



Xəbəri paylaş

`165 dəfə oxunub.

Digər xəbərlər