Ana Sayfa > Karusel / Dünya > Ursula von der Leyenlə bağlı səsvermənin vaxtı açıqlanıb
Ursula von der Leyenlə bağlı səsvermənin vaxtı açıqlanıb11-07-2024, 15:21. Yazar: Admin |
Ursula von der Leyenin ikinci dəfə Avropa Komissiyasının prezidenti vəzifəsinə seçilməsinə ilə bağlı səsvermənin vaxtı açıqlanıb. Qarabaginfo.az “Politico”ya istinadən xəbər verir ki, səsvermə 18 iyul Strasburq vaxtı ilə saat 13:00-da baş tutacaq. Avropa Parlamentinin üzvləri onun ikinci dəfə komissiyanın prezidenti olub-olmamasına qərar verəcəklər. Von der Leyenin yenidən komissiyanın prezidenti seçilməsi üçün 720 deputatdan 361-nin dəstəyinə ehtiyacı var. Səsvermənin keçiriləcəyi tarixlə bağlı yekun qərar parlamentin ən ali rəsmilərinin iştirakı ilə keçirilən Prezidentlər Konfransında qəbul edilib. Parlamentin gündəliyinə əsasən, Ursula von der Leyen saat 09:00-da bəyanatla çıxış edəcək. Daha sonra isə saat 11:00-dək debat keçiriləcək. Səsvermənin nəticəsi 14:45-də elan olunacaq. Leyen 361 səs toplaya bilməsə, Aİ ölkələrinin liderləri başqa namizəd təqdim etməli olacaqlar. Geri dön |