Tarix: 04-11-2021 | Saat: 15:34
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
2020-ci il 14 may tarixindən indiyədək xüsusi karantin rejiminin tələblərini pozmaqla fəaliyyət göstərən 3865 obyektin, qapalı məkanda fərdi qoruyucu vasitələrdən istifadə etmədiklərinə görə 765 obyektin sahibi barədə inzibati məsuliyyət tədbirləri tətbiq olunub.
Bunu Yenisabah.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.
Şöbə rəisi deyib ki, sosial şəbəkələrdə yalan məlumatlar yerləşdirən 100 nəfər müəyyən edilib:
“Onlardan 60 nəfərinin barəsində müvafiq qaydada inzibati icra işi aparılıb, məhkəmələr tərəfindən 40 nəfər barəsində inzibati həbs tədbiri tətbiq edilib”.
DİN rəsmisi qeyd edib ki, xüsusi karantin rejimini pozmaqla, xəstəliklərin yayılmasında real təhlükə yaratmaq faktlarına görə, 1155 cinayət işi açılıb:
“Bu faktlara görə başlanmış 1155 cinayət işi (Cinayət Məcəlləsinin 139-1 maddəsi) üzrə 595 nəfər məsuliyyətə cəlb edilib. Həmin işlər üzrə məhkəmələr tərəfindən 44 nəfər barəsində həbs, 58 nəfər barəsində polisin nəzarəti altına vermə, qalan 493 nəfər haqda isə digər qəti imkan tədbirləri icra edilib.
Eyni zamanda, xüsusi karantin rejimi dövründə toy şənliklərinin keçirilməsi qaydalarının pozulmasına görə 33 cinayət işi başlanılıb, 38 nəfər inzibati qaydada həbs olunub”.
Digər xəbərlər