Saytımızı qiymətləndirin


 
 

Gömrükdən brilyant keçirilməsi cəhdinin qarşısı alınıb
Tarix: 18-07-2025 | Saat: 12:20
Bölmə:Karusel / Kriminal | çapa göndər

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.

İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşının əl yükünə gömrük yoxlaması keçirilən zaman monitorda şübhəli cizgilər müşayiət olunub və gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı həmin şəxsin çantasında olan pul qabında gömrük orqanlarına bəyan edilməyən 7 ədəd kiçik ölçülü sellofan paketlərdə 111, 95 karat brilyant qaşlar aşkarlanıb.



Xəbəri paylaş

33 dəfə oxunub.

Digər xəbərlər