Saytımızı qiymətləndirin


 
 

Növbəti köç karvanı Ağdamın Kəngərli kəndinə çatıb, açarlar təqdim edilib 
Tarix: 17-07-2025 | Saat: 14:49
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Növbəti köç karvanı Ağdamın Kəngərli kəndinə çatıb, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB

Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, iyulun 17-də doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb. Bu mərhələdə köçürülən 176 nəfərdən ibarət 43 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

***

06.45

Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb.

Qarabaginfo.az xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə 43 ailə - 176 nəfər, o cümlədən Ağdam rayonundan – 16 ailə (65 nəfər), Bakı şəhərindən – 9 ailə (38 nəfər), Abşeron rayonundan – 9 ailə (41 nəfər), Ağcabədi rayonundan – 3 ailə (12 nəfər), Bərdə rayonundan – 3 ailə (9 nəfər), Mingəçevir şəhərindən – 2 ailə (7 nəfər) və Yevlax şəhərindən – 1 ailə (4 nəfər) köçürülür.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Beləliklə, 17.07.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Ağdam rayonunun Kəngərli kəndinə cəmi 277 ailə (1176 nəfər) köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.



Xəbəri paylaş

24 dəfə oxunub.

Digər xəbərlər