Saytımızı qiymətləndirin


 
 

Lavrov: Taker Karlsonun ABŞ-ın İrana nüvə zərbəsi endirə biləcəyi barədə iddiası təsdiqlənməyib
Tarix: 03-11-2026 | Saat: 15:47
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiya xarici işlər naziri Sergey Lavrov

 

Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsonun ABŞ-ın İrana nüvə zərbəsi endirə biləcəyi barədə açıqlamasını şərh edib.

TASS-ın məlumatına görə, Lavrov bildirib ki, Karlsonun səsləndirdiyi iddianı təsdiqləyən başqa mənbələr yoxdur.

“Biz Taker Karlsonun dediklərini qeydə almışıq, lakin bu məlumatlar digər mənbələr tərəfindən təsdiqlənmir”, – Rusiya XİN rəhbəri vurğulayıb.

Lavrovun sözlərinə görə, bu cür məlumatların ictimaiyyətə təqdim edilməsi bəzən seçkilər ərəfəsində istifadə olunan informasiya kampaniyalarının bir hissəsi ola bilər.

“Bu qənaətə gəlmək üçün hər hansı real əsas görmürəm”, – nazir qeyd edib.

Qeyd edək ki, Taker Karlson noyabrın 2-də sosial şəbəkədə paylaşım edərək ABŞ Prezidenti Donald Tramp administrasiyasının İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi altında yaxın günlərdə İrana nüvə zərbəsi endirə biləcəyini iddia edib. Jurnalist mümkün hədəf kimi İranın mərkəzində yerləşən yeraltı nüvə obyektini göstərib.



Xəbəri paylaş

52 dəfə oxunub.

Digər xəbərlər