Saytımızı qiymətləndirin


 
 

Tramp: Demokratlar Konqresə nəzarəti ələ keçirsələr, geniş səlahiyyətlərimdən istifadə edəcəyəm
Tarix: 04-11-2026 | Saat: 06:34
Bölmə:Karusel / Dünya | çapa göndər

Donald Tramp

 

ABŞ prezidenti Donald Tramp bildirib ki, demokratlar Konqresə nəzarəti ələ keçirsələr, o, veto hüququndan istifadə etməyə hazırdır.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə “CBS News”a müsahibəsi zamanı danışıb.

Trampın sözlərinə görə, prezidentin ən mühüm səlahiyyətlərindən biri veto hüququdur. O hesab edir ki, demokratlarla mümkün qarşıdurmadan bir neçə ay sonra tərəflər kompromisə gələcəklər.

“Tarixən belə olub ki, prezidentlər bir neçə ay veto hüququndan istifadə etdikdən sonra siyasi rəqibləri gəlib deyirlər: razılaşma əldə etməliyik”, – Tramp əlavə edib.

ABŞ lideri demokratların Konqresə nəzarəti ələ keçirməsi halında da onlarla razılığa gəlməyin yolunu tapacağına əminliyini ifadə edib.

O, həmçinin prezidentin səlahiyyətlərinin geniş olduğunu və Ali Məhkəmənin qərarlarının bu imkanları təsdiqlədiyini vurğulayıb.

 



Xəbəri paylaş

43 dəfə oxunub.

Digər xəbərlər