Saytımızı qiymətləndirin


 
 

Fon der Lyayen: Hörmüz boğazının bağlanması Aİ üçün yanacaq idxalını bahalaşdırıb
Tarix: 04-11-2026 | Saat: 06:41
Bölmə:Karusel / Dünya | çapa göndər

Fon der Lyayen: Hörmüz boğazının bağlanması Aİ üçün yanacaq idxalını bahalaşdırıb

“Hörmüz boğazının bağlanması səbəbilə Avropa İttifaqının (Aİ) idxal etdiyi qalıq yanacağa çəkdiyi xərclər əlavə olaraq 127 milyard avro artıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu Brüsseldə startaplara həsr olunmuş “WinWin” sammitində çıxışı zamanı Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen deyib.

“İdxal olunan qalıq yanacaq Avropaya əlavə 127 milyard avroya başa gəlib. Lakin bunun müqabilində bir vahid də artıq enerji əldə edilməyib. Bu məbləğ yalnız Hörmüz boğazının bağlanması ilə əlaqədardır”, – Aİ lideri əlavə edib.

O həmçinin bildirib ki, neft və qaz idxalı zamanı Avropa bu resursların qiymətindəki kəskin dəyişiklikləri və beynəlxalq böhranların təsirlərini də öz üzərinə götürmək riski ilə üzləşir.

 



Xəbəri paylaş

28 dəfə oxunub.

Digər xəbərlər