Saytımızı qiymətləndirin


 
 

Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
Tarix: 03-11-2026 | Saat: 22:28
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Prezidenti Volodimir Zelenski

 

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə Ukraynadakı müharibənin nizamlanması məqsədilə telefon danışığı aparmaqdan imtina edib.

Qarabaginfo.az xəbər verir ki, Zelenski bu barədə bu gün Almaniya kansleri Fridrix Mertslə Berlində keçirdiyi birgə mətbuat konfransında bildirib.

Ukrayna Prezidenti telefon danışıqlarının nəticə verməyəcəyini düşündüyünü deyib.

“Telefonla danışsaq, Rusiya bundan bir daha üzbəüz görüşməmək üçün fürsət kimi istifadə edəcək”, – Zelenski qeyd edib.

O, həmçinin danışıqlar aparmaq üçün Moskvaya getmək təklifini yenidən rədd edib.

“Heç kim Moskvaya səfəri dəstəkləməyəcək”, – Ukrayna Prezidenti vurğulayıb.



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər