Tarix: 28-11-2022 | Saat: 11:10
Bölmə:Karusel | çapa göndər
Pakistanla Azərbaycanın əməkdaşlığı fonunda Hindistan Ermənistanı müttəfiq kimi görür.
Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın Hindistandakı ilk səfiri Armen Bayburtyan deyib.
Onun sözlərinə görə, Hindistan Ermənistan üçün dost ölkədir və erməni icmasının Hindistanda 400 ildən artıq yaşadığını nəzərə alsaq, bu dostluq təkcə tarixi əlaqələrə deyil, həm də qarşılıqlı, üst-üstə düşən siyasi, iqtisadi və strateji maraqlara əsaslanır.
Armen Bayburtyan əlavə edib ki, Ermənistan-Hindistan münasibətləri daim yüksəlişdədir.
Bayburtyanın fikrincə, 1999-2000-ci illərdə iki ölkənin səfirliklərinin açılması münasibətlərə yeni təkan verib və bu, bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, hərbi, texniki sektorda müşahidə olunur.
“2000-2004-cü illərdə Hindistanda səfir işlədiyim dövrdə məhdud xarakter daşıyan və gələcəkdə, o cümlədən elmi və teoloji sahədə inkişaf etməyə başlayan hərbi əməkdaşlıq haqqında ilk saziş imzalandı”, - diplomat deyib.
O qeyd edib ki, bu gün ikitərəfli əlaqələr daha da yüksək səviyyəyə qalxıb.
“Hərbi əməkdaşlıq haqqında çox danışılır. Bu, şübhəsiz ki, mühüm istiqamətdir və yaxın münasibətlərin inkişafının təzahürlərindən biridir ki, bu da bir neçə faktorla bağlıdır.
Birincisi, bunlar yaxın qarşılıqlı maraqlardır. Pakistan və Azərbaycan arasında, o cümlədən hərbi sahədə sıx qarşılıqlı fəaliyyət və əməkdaşlıq Hindistanın Ermənistanla münasibətləri inkişaf etdirmək istəyinə təsir göstərir. Ancaq bu amillərdən yalnız biridir. Ən mühüm amil Hindistanın dünyanın beşinci iqtisadiyyatına çevrilməsidir. Nəzərə alsaq ki, Hindistan Ermənistanı təbii müttəfiq hesab edir, bu o deməkdir ki, Yeni Dehlinin artan nüfuzu ilə paralel olaraq dünyada Ermənistanla da münasibətlər möhkəmlənir. Hindistan Şərqlə Qərbin kəsişməsində yerləşən Ermənistanın əhəmiyyətini anlayır”, - deyə Bayburtyan vurğulayıb.
Digər xəbərlər