Saytımızı qiymətləndirin


 
 

Rusiyada Qərbin sanksiyalarına qarşı immunitet formalaşıb –Putinin mətbuat katibi
Tarix: 18-07-2025 | Saat: 16:22
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Rusiya Qərbin sanksiyalarına qarşı müəyyən immunitet formalaşdırıb.

Bunu Kremlin sözçüsü Dmitri Peskov Avropa İttifaqının Moskvaya qarşı 18-ci sanksiyalar paketini şərh edərkən deyib.

“Biz sanksiyalar altında həyata öyrəşmişik. Əlbəttə ki, Rusiya dəyə biləcək ziyanı minimallaşdırmaq üçün yeni sanksiyalar paketini təhlil etməli olacaq. Amma əlavə olaraq hər yeni bir sanksiya paketi onu dəstəkləyən ölkələr üçün də neqativ təsirlər meydana çıxarır. Bu iki uclu silahdır”, – Peskov bildirib.

Qeyd edək ki, bu gün Avropa İttifaqının Rusiyaya qarşı elan etdiyi sanksiyalar paketində “Şimal Axını” layihələri, Rusiyanın neft sektoru, o cümlədən hərbi istehsal potensialı hədəfə alınıb.



Xəbəri paylaş

23 dəfə oxunub.

Digər xəbərlər