Saytımızı qiymətləndirin


 
 

Qarabağ Universitetində işləmək üçün kimlərə üstünlük veriləcək... - VİDEO
Tarix: 14-03-2024 | Saat: 10:38
Bölmə:Karusel / Manşet / Təhsil / Qarabağ | çapa göndər

Qarabağ Universitetində işləmək üçün kimlərə üstünlük veriləcək... - VİDEO

Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində işləmək istəyənlər üçün yaxın günlərdə də yeni vakansiyalar elan olunacaq.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova "Xəzər"ə danışıb.

 

O bildirib ki, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetinə bir neçə gün əvvəl proqram rəhbəri vakansiyası üzrə elan verilib. İndiyə kimi ali təhsil ocağında işləmək üçün təxminən 1250 nəfər müraciət edib. Agentliyin direktoru qeyd edib ki, bu vakansiya üzrə 5-6 nəfərin işə qəbulu nəzərdə tutulub.

 

Yalnız vakansiya tələblərinə uyğun gələn və lazımi bütün sənədləri müəyyən edilən formada təqdim edən şəxslərin müraciətlərinə baxılacaq.

 

Ü. Səttarova universitetdə işləmək istəyənlərin hansı kriteriyalara cavab verməli olduğunu da açıqlayıb. 

 

Direktor bildirib ki, Qarabağ Universitetində işləmək istəyənlər üçün digər vakansiyalar üzrə də imkan yaradılacaq.

 

Qeyd edək ki, Qarabağ Universitetinə bir neçə gün əvvəl proqram rəhbəri vakansiyası üzrə elan verilib. İndiyə kimi təxminən 1250 nəfər müraciət edib. Lakin bu vakansiya üzrə 5-6 nəfərin işə qəbulu nəzərdə tutulub. Qarabağ Universitetində elan olunmuş proqram rəhbəri vakansiyası üzrə müraciətlərin qəbulu martın 15-dək davam edəcək. Ötən gün isə mərkəz direktoru və ingilis dili müəllimi vəzifələri üzrə vakansiyalar elan edilib.

 

Daha ətraflı videoda:

 



Xəbəri paylaş

1167 dəfə oxunub.

Digər xəbərlər