Saytımızı qiymətləndirin


 
 

"Mançester Siti" Çempionlar Liqasında yubiley matçına çıxıb
Tarix: 13-04-2022 | Saat: 23:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

İngiltərənin "Mançester Siti" klubu UEFA Çempionlar Liqasında (ÇL) yubiley matçına çıxıb.

Qarabaginfo.az-ın Opta-ya istinadən məlumatına görə, hazırda İspaniyada Madrid "Atletiko"suna qarşı keçirilən 1/4 final mərhələsinin cavab matçı "şəhərlilər"in qitənin ən nüfuzlu klub turnirindəki 100-cü görüşüdür.

Mançester təmsilçisi indiyədək oynadığı 99 qarşılaşmada 55 qələbə qazanıb. İngiltərənin heç bir klubu bu turnirdə 100 oyunda belə göstəriciyə nail ola bilməyib.

"Mançester Siti" yalnız İspaniya "Real Madrid"indən geridə qalır. "Kral klubu" ÇL-dəki ilk 100 matçında 57 dəfə qalib gəlib.

Qeyd edək ki, "Atletiko" - "Mançester Siti" görüşündə ilk hissə oynanılır və hələlik hesab açılmayıb. İlk qarşılaşmada Xosep Qvardiolanın baş məşqçi olduğu komanda 1:0 hesablı qələbəyə sevinib.



Xəbəri paylaş

1237 dəfə oxunub.

Digər xəbərlər