Saytımızı qiymətləndirin


 
 

Başı aparata ilişdi, faciəvi şəkildə öldü - FOTO
Tarix: 04-02-2022 | Saat: 12:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Bursada əslən Ukraynadan olan bir kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Qarabaginfo.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Osmanqazi mahalının Dəmirtaş Barbaros Məhəlləsində baş verib. Ukrayna vətəndaşı Behpaşa Tamazov küçədə yerləşən və ehtiyacı olanlar üçün yığılmış işlənmiş paltar və ayaqqabılar üçün nəzərdə tutulan köşkdən özü üçün paltar götürmək istəyib.

Paltar qutusunun içərisinə girmək istəyən Tamazovun başı köçkün içərisindəki mexanizmə ilişib. 

Küçədə yoldan keçən vətəndaşlar başı köşkün içində olan şəxsi hərəkətsiz görərək vəziyyəti polisə bildiriblər. Xəbərdarlıq üzərinə hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi yardım briqadası gəlib. Xilasedicilər tərəfindən köşkün bir hissəsi xüsusi aparatla kəsilərək Tamazovu ilişən yerdən çıxarıblar.

Xəstəxanaya çatdırılan Tamazovun boğularaq öldüyü məlum olunub.

 

 

 



Xəbəri paylaş

323 dəfə oxunub.

Digər xəbərlər