Saytımızı qiymətləndirin


 
 

Boris Conson və NATO baş katibi arasında telefon danışığı olub
Tarix: 14-01-2022 | Saat: 00:36
Bölmə:Karusel / Dünya | çapa göndər

Boris Conson və Yens Stoltenberq

 

Britaniyanın baş naziri Boris Conson və NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, telefon danışığı zamanı Ukrayna sərhədində rus qoşunlarının çıxarılması müzakirə edilib, eyni zamanda, NATO üzvlərinin birliyini və qətiyyətini vurğulanıb.

Həmçinin, tərəflər Rusiyanın dialoq qapısını bağlamamasının vacibliyi məsələsinə toxunaraq, irəliyə yeganə doğru yolun Rusiyanın gərginliyi azaltması və dolğun müzakirələr aparması olduğunu qeyd ediblər.

Boris Conson və Yens Stoltenberq Rusiyanın Ukraynanı işğal etməsi halında Rusiyaya ciddi iqtisadi sanksiyaların tətbiqi barədə razılığa gəliblər. Baş nazir Böyük Britaniyanın NATO-ya tam dəstəyini bildirib və ittifaqın qorunmasının əhəmiyyətinə toxunub.



Xəbəri paylaş

1221 dəfə oxunub.

Digər xəbərlər
16-02-2022, 12:49 Sabah hava necə olacaq?