Saytımızı qiymətləndirin


 
 

Ermənilər günün sonuna kimi Laçını tərk edəcək
Tarix: 24-08-2022 | Saat: 15:33
Bölmə:Manşet / Karusel / Qarabağ | çapa göndər

Ermənilər günün sonuna kimi Laçını tərk edəcək

“Berdzor (Laçın) əhalisinin əsas hissəsi şəhəri tərk edib, onlardan başqa, mer, icra başçısı, işçilər və daha 5-6 sakin hələ də var”.

 

Qarabaginfo.az “24News.am”a istinadla xəbər verir ki, bu bu sözləri özünü Laçının “meri” elan etmiş Narek Aleksanyan deyib.

O qeyd edib ki, qalan 5-6 nəfər günün sonuna kimi şəhəri tərk edəcək:

““Rəhbərlik” isə günün sonuna və ya sabaha qədər gedəcək".

Onun sözlərinə görə, Azərbaycan nümayəndələri hələ şəhərə gəlməyib:

“Yeni nəzarət-buraxılış məntəqələri quraşdırılmayıb, Rusiya sülhməramlıları yerində qalmaqda davam edir. Postlar 1 ay əvvəl olduğu kimi fəaliyyətini davam etdirir, Rusiya sülhməramlıları postlarda durublar”.

Xatırldaq ki, Azərbaycan Laçında qanunsuz məskunlaşmış ermənilərin avqustun 25-dək şəhəri, eləcə dəhliz boyu yerləşən rayonun Sus, Zabux və Ağavno kəndlərini tərk etmələrini tələb edib.

Azərbaycanın bu tələbi Laçın dəhlizinin Ermənistanı Qarabağla birləşdirən yeni alternativ yolun tikintisinin başa çatdırılması ilə şərtləndirilir.(Yenisabah.az)



Xəbəri paylaş

1322 dəfə oxunub.

Digər xəbərlər