Saytımızı qiymətləndirin


 
 

Kreml: Putin və Paşinyan Moskvada üçtərəfli bəyanatların icrasını müzakirə edəcək
Tarix: 11-10-2021 | Saat: 13:24
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

Paşinyan, Putin

 

Sabah Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, danışıqlarda Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 Noyabr 2020-ci il tarixli və 11 Yanvar 2021-ci il tarixli bəyanatların həyata keçirilməsinin, eləcə də regionda sabitliyin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin qurulması istiqamətində atılacaq addımların nəzərdən keçirilməsi planlaşdırılır. 

“Bundan əlavə, Avrasiya məkanında ikitərəfli əlaqələrin və inteqrasiya birliklərində qarşılıqlı əlaqələrin inkişafının aktual məsələləri müzakirə olunacaq”, - Kremlin məlumatında qeyd olunub.(Apa)



Xəbəri paylaş

1318 dəfə oxunub.

Digər xəbərlər